"Azəryol"un baş məşqçisi: "Qızıl set"ə imkan verməyəcəyik"
Fevral 12
07:29
2016
"İtaliya voleybolun vətəni sayılır. Buna baxmayaraq, çox çətin oyun keçdi". "Report"un məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının baş məşqçisi Ziya Rəcəbov İtaliya "Novara"sını 3:1 hesabı ilə yendikləri CEV Kubokunun Çelenc raundundakı ilk oyundan sonra deyib.
Gənc mütəxəssis hesabda 2:0 üstün olduqları vaxt üçüncü setdə müəyyən çətinliklə üzləşdiklərini bildirib: "4-5 top fərqi ilə irəlidə olduğumuz zaman həmin seti əldən verdik. Amma yekunda qalib olduq. Bu, idman şansıdır. Uda da, uduza da bilərdik. Yaxşı ki, 3:1 hesabı ilə qələbə qazandıq".
Rəcəbov fevralın 23-də keçiriləcək cavab görüşündə qalibin "qızıl set"də müəyyənləşməsinə imkan verməyəcəklərini söyləyib: "iki setdə üstün olsaq, qələbə bizim olacaq. Amma çalışacağıq ki, "qızıl set"ə qədər getməyək. "Qızıl set"də əlavə şansımız da olur. Amma buna imkan verməyəcəyik".
Qlobal.az