SON XƏBƏR

"Azpolt" MMC dağları "sökür", Ekologiya nazirliyi göz yumur - ŞİKAYƏT

Oktyabr 14
00:42 2019
Göyçay rayonu Qaraməryam kənd sakini Zülfüqarov Qüdrət Əlisan oğlu "Azpolt” MMC-nin sahibi Vüqar İbrahimovdan şikayətçidir. Qlobal.az-ın elektron poçtuna göndərilmiş şikayət məktubunda "Azpolt” MMC-nin sahibinə qarşı bir sıra iddilar yer alıb. 
 
Qlobal.az məktubu təqdim edir:
                                                                                                                                                                                            Bu şikayətimdə yazıb bildirirəm ki, Ucar rayonunda yerləşən "Azpolt” MMC-nin sahibi Vüqar Hüseyn oğlu İbrahimovun qanunsuz əməlləri nəticəsində mənə ziyan dəymişdir. Həmçinin Vüqar İbrahimovun qanunsuz əməlləri nəticəsində hər gün dövlətə küllü miqdarda ziyanlar dəyir. Bütün bu hadisələr hər gün insanların gözü qarşısında baş verir.

Belə ki, kənd təsərrüfatını inkişaf etdirib işləmək üçün "KLASS” markalı traktoru lizinq yolu ilə almışam. Vüqar İbrahimova məxsus "Azpolt” MMC –yə məxsus ağırtonajlı yük maşını mənim traktorumu arxadan vuraraq 14000 manat ziyan vurmuşdur. Nəticədə də işsiz qaldım. Mən Vüqar İbrahimovdan xahiş etdim ki, mənə vurduğu ziyanı ödəsin. O, isə kobud cavab verib dedi ki, "Get hara istəyirsən şikayət elə mənim dövlətdən və qanunlardan qorxacaq yerim yoxdur”.

Vüqar İbrahimovun gün ərzində insanların gözü qarşısında gördüyü işlər həqiqətən danışdığı sözləri təsdiq edir.

Belə ki, Vüqar İbrahimova məxsus 100 dən çox yük maşını yaşadığım və işlədiyim Qaraməryəm kəndindən dağ yamacından Ucar-Zərdab-Ağcabədi yolunun tikintisi üçün material daşıyırlar. Vüqar İbrahimovun yük daşıma sahəsində kifayət qədər qanun pozuntusu var və aidiyyatı orqanlar buna göz yumurlar.

Belə ki, Vüqar İbrahimov özü etiraf edib deyir ki, "Maşınlara normadan artıq yük vurmaq üçün hər ay hər maşın üçün tərəzi postunun rəisi Aydın Cəfərova 300 manat pul verirəm. Maşınları üstü açıq yük daşıması üçün hər ay hər maşın üçün dövlət yol polisinə 200 manat pul verirəm”. Buna görə ehtiyatımı tutmuşam mənə heç kim heç bir söz deyə bilməz”.

Vüqar İbrahimovun normadan artıq yük daşıması nəticəsində Göyçay və Ucar rayonunun asfalt yolları dağlaraq yararsız hala düşmüşdür. Buna görə isə minlərlə insan əziyyət çəkir. Üstü açıq halda maşınların yükün daşınması isə insanların həyat və sağlamlıqları üçün ciddi təklükə yaradır.

Həmçinin Vüqar İbrahimov Qaraməryəm kənd ərazisində qanunsuz qazıntı işləri aparmaqla dövlətə təbiətə, ekologiyaya küllü miqdarda ziyanlar vurur. Buna görə isə O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin region üzrə nümayəndəliyinə aylıq haqq verir. Buna görədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin region üzrə nümayəndəliyi onun bu əməllərinə göz yumub şərait yaradıb.

Vüqar İbrahimov cəzasız qaldığı və aidiyyatı orqanlara rüşvət verdiyi üçün özünü toxunulmaz hesab edib qanunsuz işlərini davam etdirir. Nəticdə isə dövlətə vətəndaşlara küllü miqdarda ziyanlar dəyir.

Sizdən xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olub dövlətə küllü miqdarda ziyanlar vuran Vüqar İbrahimovun və ondan aylıq haqq alıb şərait yaradıb göz yuman vəzifəli şəxslərin barəsidnə qanunu tədbirlər görəsiniz".
 
Aidiyyatı qurumlar və şəxslər mövqe bildirə bilər.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook