SON XƏBƏR

AZZA məhkəməyə verildi

May 01
22:05 2023
Azərbaycanın şirniyyat və alkoqol bazarında əsas oyunçulardan olan AZZA Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəməyə verilib. 

Səfərov Elmar Elman oğlu adlı şəxs şirkət barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. 

Məhkəmə çəkişməsinin səbəbi icra müqaviləsi üzrə mübahisələrdir. 

İddiaya hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq. 

"Qaynarinfo" təfərrüatları öyrənmək üçün AZZA QSC ilə əlaqə saxlayıb, lakin şirkətdən bu barədə hər hansı açıqlama verilməyib. 

"Şirkətimiz heç bir media orqanı ilə əməkdaşlıq etmir. Bu baxımdan, sizə heç bir məlumat verə bilmərik. Məsələ ilə bağlı müvafiq qurumlarla əlaqə saxlayın”, - deyə şirkətin nümayəndəsi bildirib. 

AZZA QSC 27 dekabr 2004-cü ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 7 566 098 AZN-dir. 

Şirkətin qanuni təmsilçisi Gərəkməzli Rüstəm İsa oğludur. 

Rüstəm Gərəkməzli 2021-ci ildən şirkətə rəhbərlik edir. 

2019-cu ilə qədər AZZA QSC-nin təşkilati-hüquqi forması MMC olub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook