SON XƏBƏR

Baba Rzayevin qardaşının şirkəti 9 milyonluq tenderin qalibi oldu - FOTO

Avqust 05
18:16 2020
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qlobal.az "Report”-a istinadla xəbər verir ki, tenderin qalibi "Bakelektro" ASC-dir.

Qalib şirkətə 8,9 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Bakelektro" 1998-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir ("Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı). Şirkət bir qədər əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi, Bakının Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə 4,3 milyon manatlıq açıq tenderin də qalibi olub.
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook