Babək rayonunda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibi müəyyənləşib
Oktyabr 12
10:50
2016
Babək rayonunda "Vətənin müdafiəsinə hazıram” şüarı ilə poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarış Babək rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Babək rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı və Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev çıxış edərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd rayonun bədən tərbiyəsi və idman kollektivlərində, qəsəbə və kəndlərində poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, rayon gənclərinin Milli Orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsini yüksəltməkdən ibarətdir.
Sonra yarışa start verilib. Yarışda Babək rayonu üzrə 12 məktəb iştirak edib. Yarış 100 metr məsafəyə qaçış, 2 min metr məsafəyə kross qaçışı, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilib.
Yarışın nəticələrinə görə Payız kənd tam orta məktəbin komandası I yerə, Nəhəcir kənd tam orta məktəbin komandası II yerə, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qlobal.az