Bahar Muradova evə ayaqqabı ilə girməsindən danışdı
İyun 30
21:37
2019
Milli Məclis sədrinin müavini Bahar Muradova bir neçə gündür sosial şəbəkədə paylaşılan fotosu haqda açıqlama verib.
QlobalAz xəbər verir ki, həmin fotoda B. Muradovanın şəhid ailəsinin evinə ayaqqabı ilə daxil olduğu bildirilir və o bu hərəkətinə görə tənqid olunur.
Bu haqda Gununsesi.org saytının paylaşımına reaksiya verən deputat yazıb:
"Adətən həqiqətə uyğun olmayan "xəbərlərə" reksiya verməyin tərəfdarı deyiləm. Amma neyləyəsən ki, çox maraqlı bir dövrdə yaşayırıq. Sensasiya dalınca qaçanlar bəzən heç bir cərcivəyə sığmayan davranışlara yol verdikləri zaman buna məcbur olursan.
Guya şəhid ailəsinin mənzilinə ayaqqabı ilə daxil olduğuma dair məlumatlar da bu qəbildəndir.Bir məqamı qeyd etməyi lazım bilirəm ki,bu "xəbərləmə"onun müəllifləri ücün bir halda siyasi,digər halda isə kommersiya məqsədi daşıyırsa da, mənim ücün bir mənəviyyat məsələsidir. Həm də onlarla şəhidim olduğu ücün.
Odur ki, laqeyd qala bilməzdim.
Çox təəssüf edirəm ki, tənha və köməksiz yaşayan qadınlara bu ilin mart ayında növbəti baş çəkmə zamanı çəkilən və mənim facebook profilimdə yayımlanan şəkil belə bir həssas məsələdə insanların hissləri ilə oynamaq ücün "vasitə" kimi istifadə olunmuşdur.
Hətta bununla belə mən bu "informasiyadan" özünün və şəhid ailələrinin heysiyyətinə toxunulduğunu güman edən hər kəsdən üzrümü qəbul etmələrini xahiş edirəm.
Bunu yayan xəbər saytlarını isə şiddətlə qınayıram.
Hamımız ücün müqəddəs olan insanların hissləri ilə oynadıqlarına görə. Üzümü onlara turaraq deyirəm:
Arzum budur ki, Tanrı sizə özünüzü ifadə və təsdiq etmək ücün başqa "imkanlar" yetirsin!”.
Qlobal.az