Bakı Baş Gömrük İdarəsində işə düzəlmək neçəyə başa gəlir? - Şok faktlar
Noyabr 06
21:35
2020
Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qlobal.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar Qasımov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Əli Novruzova Azərbaycan Gömrük Komitəsinin Bakı şəhər Baş Gömrük İdarəsində inspektor vəzifəsinə bərpa olunmasına kömək edəcəyinə dair yalandan vəd verib.
Vüqar Qasımov Əli Novruzovdan 2019-cu ilin iyun ayının sonunda "Nəriman Nərimanov” adına istirahət parkında 10000 manat, təxminən iki ay sonra, yəni 2019-cu ilin avqust ayının sonunda eyni adla "Nəriman Nərimanov” adına istirahət parkında 8000 manat və sonuncu dəfə isə 2019-cu ilin sentyabr ayının əvvəlində ”Neapol” dairəsinin yaxınlığında 11500 manat pulunu alaraq ələ keçirib.
İstintaq orqanı tərəfindən Vüqar Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Vüqar Qasımov qeyd edib ki, 2019-cu ilin iyun ayında tanışı Mirvəli ilə kafedə görüşüb:
"Mirvəli mənə uzaq qohumu Əli Novruzovun Naxçıvan Muxtar Respublikasında gömrük xidmətində işlədiyini və hazırda işdən çıxdığını, Bakıda gömrükdə işləmək istədiyini dedi. Mənim həmin ərəfələrdə maddi durumu aşağı olduğundan Dövlət Gömrük Komitəsində yaxın adamlarımın işlədiyini dedim, bu işi həll edə biləcəyimi söylədim. Mirvəlidən qohumu Əlinin nömrəsini mənə verməsini xahiş etdim. Mirvəli Əlinin telefon nömrəsini mənə verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əliyə zəng edib və Əli ilə Bakı şəhərinin Nərimanov metrostansiyası yaxınlığında görüşüb:
"Əliyə Dövlət Gömrük Komitəsində yüksək vəzifədə yaxın tanışlarımın olduğunu və işi onlar vasitəsi ilə həll edəcəyimi bildirdim. Əli mənə gömrükdə pulla işin həll olunmadığını dedi, kimin vasitəsi ilə iş məsələsini həll edəcəyimi soruşdu. Əliyə guya həmin adamın vəzifəli adam olduğunu və ona adını deyə bilməyəcəyimi, sadəcə olaraq həmin şəxsə şirinlik veriləcəyimi dedim. Əli bundan sonra məndən n işin həlli üçün hansı məbləğdə pulun tələb olunduğunu soruşdu. Əliyə 35000 manat lazım olduğunu dedim”.
Vüqar Qasımov qeyd edib ki, bu söhbətdən biraz keçdikdən sonra Mirvəli ona zəng edib və işi həll edə bilib-bilməyəcəyini soruşub:
"Mirvəlini tam arxayın edib Əlinin işini həll edəcəyimi bildirdim. Bundan sonra Əli 2019-cu ilin sentyabr ayına kimi mənə ümumilikdə 29500 manat pul verdi. Əlidən götürdüyüm pulları öz ehtiyaclarıma xərclədim. Mirvəliyə Əlidən aldığım puldan hər hansı bir məbləğdə pul verməmişəm. Zərərçəkmiş şəxsdən aldığım 29500 manat puldan istintaq zamanı 7400 manat qaytarmışam. Hazırda isə tam olaraq zərəri ödəmişəm və zərərçəkmiş şəxslə barışmışam. Əməlindən səmimi peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əli Novruzov bildirib ki, uzun illər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləyib və 2018-ci ildə gömrük xidməti mayoru xüsusi rütbəsi ilə öz xahişi ilə işdən azad olunub:
"İşdən azad olunmağıma səbəb ailə üzvlərimin Bakı şəhərinə köçməsi və mənim də onlarla birlikdə yaşamaq istəməm olub. İşdən azad olunduqdan sonra özümə iş axtarsam da, tapa bilmədim”.
Zərərçəkmiş şəxs qeyd edib ki, 2019-cu ilin iyun ayı tarixində bacımın yoldaşının xalası əri Mirvəli Naxçıvan Muxtar Respublikasındakı evində qonaq olarkən haqqımda maraqlandı və hansı səbəbdən işdən azad olunduğumu bildim, Mirvəliyə Bakı Gömrük İdarəsində işə bərpa olmaq istədiyimi bildirdim. Mirvəli bu işin yaxın tanışı Vüqar Qasımov tərəfındən həll edilə biləcəyini dedi. Vüqar Qasımovun telefon nömrəsini mənə verdi. Vüqarın telefonuna zəng etdim. 2019-cu ilin iyun ayında Vüqarla Nərimanov metrostansiyasının yaxınlığında görüşdüm.
Söhbət zamanı Vüqara 30000 manat pulu olduğunu dedi. Vüqardan məni Dövlət Gömrük Komitəsinə işə düzəldə bilib-bilməcəyəni soruşdu. Vüqar Dövlət Gömrük Komitəsində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə işi həll edəcəyini dedi. Vüqarla razılaşdım. Həmin vaxt Vüqardan həmin vəzifəli şəxslərin adlarını soruşsam da, Vüqar həmin şəxslərin adlarını deyə bilməyəcəyini bildirdi”.
Əli Novruzovun ifadəsinə görə, bundan sonra qohumu Mirvəliyə zəng edib:
"Vüqarın ilk baxışdan düz adam olmamasından şübhələndiyimi bildirdim. Mirvəli mənə həqiqətən Vüqar iş görən adam olmasını və Vüqarın yaxın əlaqələri olduğunu deyərək arxayın etdi. Həmçinin Mirvəli deyilən pulu verməyimi məsləhət gördü. Mirvəliyə inandığımdan 2019-cu ilin iyun ayının sonunda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Nərimanov” parkında 10000 manat, təxminən iki ay sonra, yəni 2019-cu ilin avqust ayının sonunda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Nərimanov” parkında 8000 manat, sonuncu dəfə isə 2019-cu ilinin sentyabr ayının əvvələrində Bakı şəhəri Xətai rayonu Neapol dairəsinin yaxınlığında 11500 manat olmaqla, ümumilikdə 29500 manat pulu Vüqara verdim”.
Əli Novruzovun ifadəsinə görə, Vüqara şəxsiyyət vəsiqəsinin surətini və "CV” də verib:
"Bunları aldıqdan sonra Vüqar mənə narahat olmamağımı və məni bir həftəyə Bakı şəhərində yerləşən Gömrük Kömitəsinə inspektor vəzifəsinə işə düzəldəcəyini dedi. Danışığa görə pul verildikdən az sonra mənim əmrim çıxmalı olub. Həmin bir həftə müddəti keçdiyindən Mirvəliyə və Vüqara zəng etdim, işi barədə soruşdum. Onlar hər dəfə mənə narahat olmamağımı, işin düzələcəyəni dedilər. Bu cür bəhanələr gətirdilər.Aldandığımı gördüm, puluu onlardan geri istədim. Sonralar Mirvəli və Vüqarın birləşərək məni aldadıb, pulumu ələ keçirmələrini başa düşdüm. Həmin pulları Vüqara verərkən tək olmuşam və yanımızda heç kəs olmayıb. Bakı şəhərinin Nəsimi rayonunda yerləşən "Məkan” kafesində olmamışam, Mirvəli, Mustafa və Vüqarla həmin kafedə görüşməmişəm və bu barədə söhbət etməmişəm. Vüqar məndən aldığı puldan 7400 manat istintaq zamanı ödəyib. Hazırda mənə dəymiş ziyan tam olaraq ödənilib”.
Xətai rayon Məhkəməsinin hökmü ilə Vüqar Qasımovun barəsində 1 il 7 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsində yerləşən 6 saylı yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini öhədlik kimi onun üzərinə qoyulub.
Bundan başqa, təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilib.
Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.
Qlobal.az