SON XƏBƏR

Bakı Baş Gömrük İdarəsinin rəisinin mebel monopoliyası...

Noyabr 20
11:09 2021
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov indi də mebel biznesi ilə məşğul olan sahibkarlara bürokratik əngəllər yaradır.

Gömrük rəisi mebel monopoliyası yaratmaqdadır və bu sahənin inhisarını yaxın adamı olan Sənan adlı şəxsə həvalə edib.

Sahibkarlardan gələn xəbərlərə görə, Bakı gömrüyünün şefi iş adamlarına rəsmi invoysun qiymətindən iki dəfə kontiner açdırmağı tələb edir. Bu da sahibkarların narazılığına səbəb olur.

K.Məmmədovun bu sıxışdırmasının arxasında məqsəd olduğu iddia edilir. Gömrük şefi rəsmi invoysun qiymətindən iki dəfə kontiner açdırmaqla sahibkarları bezdirir, təngə gətirir və bazarda sıxışdırır. Nəticədə bu yolla mebel inhisarının dostu Sənanın nəzarətində qalmasına müvəffəq olur.

Qeyd edək ki, Prezident sahibkarların incidilməməsinə, bürokratik əngəllərlə üzləşməməsinə dair xəbərdarlıq edib.
 
(tia.az)
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook