SON XƏBƏR

Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin siyahısına daxil edildi

Mart 27
15:02 2018
"Global Financial Centres Index” (GFCI) dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlini açıqlayıb. 

London (794 bənd) yenə də dünyanın ən iri maliyyə mərkəzi elan edilib. 

Hesabata görə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməklə bağlı qərarına baxmayaraq, ölkənin bank sektorunda neqativə doğru heç bir dəyişiklik baş verməyib.

Nyu-York (793 bənd) Londondan sonra ikinci sırada yer alıb. Siyahıda üçüncü yeri Honq-Konq (781 bənd) tutub. 

Onluğa Şanxay, Toronto, San-Fransisko, Sidney və Boston daxil edilib. Sürix və Pekin isə ilk onluğu tərk ediblər. 

Reytinq cədvəlində İstanbul 76-cı, Moskva 83-cü, Astana 88-ci, Alma-Ata 94-cü, Sankt-Peterburq isə 91-cı sırada qərarlaşıb.

Bakı ilk dəfə siyahıya daxil edilib və maliyyə mərkəzləri arasında 511 bəndlə 95-ci olub. Ümumiyyətlə, Bakı və Astana ilk iştirakçılar kimi siyahıya daxil edilib.

Varşava Şərqi Avropada aparıcı maliyyə mərkəzi (dünyada 45-ci, reytinqdə minus 9 mövqeyində) olaraq tanınıb.

Dubay Yaxın Şərqin ən böyük maliyyə mərkəzi kimi siyahıda ilk sırada qərarlaşıb. Abu-Dabi isə ikinci yeri tutub, Afrika üzrə lider isə Kasablanka (dünyada 32-ci), Latın Amerikası üzrə Kaymanovı və Bermudskiye olub. 

Qeyd edək ki, "Global Financial Centres Index”i ilk dəfə 2007-ci ildə hazırlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook