“Bakı Fond Birjası” yenidən zərərlə işləməyə başlayıb
May 04
17:03
2022
"Bakı Fond Birjası” QSC (BFB) 2021-ci ili 270 min manat xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-ci ildən 826 min manat xalis mənfəətlə çıxmışdı.
"Report” xəbər verir ki, ötən il BFB-nin vergiyəqədərki zərəri 302 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri isə 32 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 12,28 milyon manat olub ki, bu da illik müqayisədə 3,8% azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 9,7 % artaraq 1,205 milyon manat çatıb, balans kapitalı isə 5,1 % azalaraq 11,075 milyon manat, nizamnamə kapitalı isə 4 dəfə artaraq 5,04 milyon manat olub.