SON XƏBƏR

Bakı Fond Birjasında 5 şirkətin üzvlüyünə xitam verildi

Yanvar 25
11:01 2017
"Bakı Fond Birjası” QSC-də (BFB) 5 şirkətin üzvlüyünə xitam verilib.
 
Birjadan Trend-ə verilən məlumata görə, "Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış "BROKDİL-AZ” MMC, "Çelsi Kapital” MMC, "Bob Broker” MMC, "Standard Kapital” MMC və "Dəmir investisiya şirkəti” QSC "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.
 
Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.
 
Qeyd edək ki, "BROKDİL-AZ”, "Bob Broker” MMC, "Standard Kapital” MMC və "Dəmir investisiya şirkəti” QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.
 
Hazırda BFB-nin "Kapital Menecment İ.Ş. ASC”, "İnvest-AZ İ.Ş. QSC”, "Az-Finans İ.Ş. QSC”, "Unicapital İ.Ş. ASC”, "Paşa Kapital İ.Ş. QSC” və "PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook