Bakı klubu Çempionlar Liqasının oyununu boykot edir
Fevral 04
13:22
2016
Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu ciddi maliyyə problemi ilə üzləşib.
Qol.Az-ın əldə etdiyi məlumatına görə, klub rəhbərliyinin oyunçulara 3 aydır maaş ödəməməsi narazılığa səbəb olub.
Voleybolçular belə bir qərara gəliblər ki, maaşlar qısa müddətdə ödənilməsə, "Lokomotiv” gələn həftə Çempionlar Liqasında "Volero" (Sürix) ilə oyunda meydançaya çıxmayacaqlar.
Qeyd edək ki, sözügedən qarşılaşmanın fevralın 10-da Bakıda keçirilməsi nəzərdə tutulub.
Əgər "Lokomotiv” oyuna çıxmasa, bu halda Avropa Voleybol Federasiyası tərəfindən həm kluba, həm də Azərbaycan Voleybol Federasiyasına ciddi sanksiyaların tətbiqi qaçılmaz olacaq.