"Bakı Metropoliteni" 790 min manatlıq səsboğucu alır
İyul 07
15:47
2020
"Bakı Metropoliteni" QSC "Yaşıl”, "Qırmızı” və "Bənövşəyi” xətlərinin stansiya və yol mənzillərindəki havalandırma şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Korven Service MMC" MMC-dir.