“Bakı neft maşınqayırma zavodu” ASC-ni kim alıb? - Əmlak Komitəsi gizlətməyi “məsləhət bilir”
İyun 19
17:33
2019
Bakıda neft maşınqayırma zavodu yenidən qurulacaq. Qaynarinfo-nun verdiyi xəbərə görə, bu gün belə bir açıqlamanı Əmlak Məsələləri Dövlət Komitəsi yayıb. Bildirilir ki, "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir. Komitədən verilən məlumata görə, bu istiqamətdə komitə tərəfindən "Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib: "İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə "Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb”.
ƏMDK-nın məlumatında o da qeyd edilir ki, təqdim olunmuş investisiya proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır: "Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.
Əmlak Komitəsi məsləhətlə işləyir?
Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır”.
Maraqlıdır ki, bütün bu işləri görəcək şəxsin, yəni investisiya müsabiqəsinin qalibinin adı ictimaiyyətə açıqlanmır. Həm komitənin mətbuat xidməti tərəfindən rəsmi açıqlanmış məlumatda, həm də Qaynarinfo-nun ƏMDK mətbuat xidməti rəhbəri Qulu Xəlilova ünvanladığı sorğuda "qəhrəman”ın adı gizlin saxlandı. Üstəlik, hörmətli Q.Xəlilov bizim bu məsələ ilə maraqlanmağımızın səhv olduğunu iddia etdi: "Əsas odur ki, Azərbaycanda investisiya müsabiqəsi nəticəsində yeni müəssisə yaranacaq, bu qədər iş yeri açılacaq. Nə fərqi kim qoyub investisiyanı, fiziki ya hüquqi şəxs?! Biz Azərbaycan vətəndaşıyıqsa, bizi maraqlandıran o olmalıdı ki, müəssisə yenidən bərpa olunacaq, iş yeri açılacaq. Belə məsləhət görülüb ki, ad açıqlanmır”.
Ekspert: "Azərbaycanda özəlləşdirmə məmur sahibkarlığına xidmət edir”
İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə, Azərbaycanda indiyədək aparılan özəlləşmənin 99 faizi özəlləşən müəssisənin və onun yerləşdiyi torpağın talan olunması məqsədi daşıyıb: "Mən SC-lərdən birinin 30 faizlik səhminə sahibəm. 1998-ci ildən özəlləşdirilən SC-nin 2004-cü ildən səhmdarıyam. Əmlak Komitəsinin keçirdiyi hərracdan almışam həmin payı. Çox təəsssüf edirəm ki, apardığım bütün mübarizəyə rəğmən, hələ bir qəpik divident almamışam. Hətta Əmlak Komitəsini məhkəməyə vermişəm, yenə nəticə olmayıb. Azərbaycanda gördüyünüz, bildiyiniz, sovet vaxtından qalan, 1997-ci ildən əvvəl ümumi dəyəri 32 milyard dollar olan sənaye müəssisələrinin özəlləşdirilməsi üçün çeklər paylandı. İnsanlara vəd verildi ki, hərəyə təqribən 4 min dollar ekvivalentində səhm veriləcək. Çox təəssüf edirəm ki, bu əmlaklar elə öz "direktor”larının əlilə müxtəlif şəxslərə pay-püş edildi. Onunla da Azərbaycan iqtisadiyyatı elə sarsıldı, iqtisadiyyata elə zərbələr vuruldu ki, təsirini hələ də hiss edirik, bundan sonra da hiss edəcəyik. Bu zərbələri sonradan bir çox komitə və qurumları özündə birləşdirən Əmlak Komitəsi vurub. Çox təəssüf edirəm ki, bu "makler ofisi” nə investisiya şərtilə özəlləşdirməni bir yerə gətirib çıxartdı, nə də qonşu ölkələrin təcrübəsindən yararlanmadı. Fəaliyyətləri ancaq "şapka” almaqla məhdudlaşdı. Zavodu qiymətləndirən zaman onun yerləşdiyi yeri və torpağı satmaq ehtimalı üzərində qiymətləndirmə apardı. Halbuki digər ölkələrin çox müsbət təcrübəsi vardı. Məsələn, Gürcüstanda, Çexiyada müəssisə simvolik qiymətə satılırdı, ancaq şərt qoyulurdu ki, burada filan qədər iş yeri açılacaq, dövlətə filan qədər vergi veriləcək, yəni perspektivə baxılırdı. Mən hesab edirəm ki, Azərbaycanda özəlləşdirmə tam iflasa uğrayıb. Məhz bu uğursuz özəlləşdirmə sayəsində ötən əsrin 70-80-ci illərində dünyanın 30-dan yuxarı ölkəsinə neft maşınqayırma məhsulları ixrac edən ölkə rəzil duruma salındı. Nəticədə hətta indi böyük layihələrə istifadə olunan müxtəlif mal-materialları xaricdən gətirməli olduq. Bu da neft müqavilələrində Azərbaycanın mövqeyini zəiflətdi, xarici investorların qoyduğu sərmayənin məbləğini şişirtdi. Buradan qazanan təbii ki, xarici şirkətlər oldu. Mən hesab edirəm ki, özəlləşdirmə prosesi Azərbaycanda strateji baxımdan doğru düşünülsə də, onu icra edən şəxslər bunu şəxsi qazanc və mənfəət üçün istifadə etdilər. O cümlədən də indiki rəhbərlik”.
Bakı neft maşınqayırma zavodu” ASC-ni özəlləşdirən şəxsin kimliyinin açıqlanmaması onun tanınmış biri, yaxud məmur, deputat olması ola bilərmi? Sualı cavablandıran ekspert bildirdi ki, məmurun, deputatın, yaxud hansısa tanınmış şəxsin qanunvericiliklə əmlak almaq hüququ var: "Məmurların və deputatların birbaşa iqtisadi fəaliyyətlə məşğul olması qanunla qadağandır, lakin əmlak alqı-satqısı heç bir şəxsə qadağan deyil. Təbii ki, belə önəmli bir müəssisənin özəlləşdirilməsi cəmiyyətə açıq olmalıdır. Azərbaycanda özəlləşdirmə məmur sahibkarlığına xidmət edir, bu prosesin özəl sahibkarlığa heç bir aidiyyatı yoxdur. Azərbaycanda özəlləşdirilən müəssisələrin 95 faizdən çoxu işləmir, bunun səbəbi isə prosesin düzgün aparılmamasıdır”.

Mənbə: "Qaynarinfo”
Qlobal.Az