SON XƏBƏR

Bakı Nəqliyyat Agentliyinin 3 böyük tenderini eyni şirkət udub - Detallar

Sentyabr 07
00:32 2020
Bakı Nəqliyyat Agentliyinin 3 böyük tenderini qazanan şirkət məlum olub.

Tenderləri "Techmaster” MMC qazanıb.

Şirkət BNA-nın martda 4,5 milyonluq, iyunda 1,8 milyonluq, avqustda 2,1 milyonluq tenderlərini qazanıb.

Bakı Nəqliyyat Agentliyi 3 tender üçün "Techmaster” MMC-yə 8 milyon 379 min 307 manat ödəyib.

Şirkətin qazandığı tenderlərin adı, məbləği və tarixi aşağıdakı kimidir:

Tender 1. "Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər” – 2 milyon 69 min 545 (19.08.2020)

Tender 2. "Sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmət” – 1 milyon 799 min 835 manat (17.06.2020)

Tender 3. "Yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri” – 4 509 min 927 manat (19.03.2020)

Qeyd edək ki, "Techmaster” MMC 10 manat nizamnamə kapitalı ilə 31 mart 2016-da yaradılıb. Şirkətin qanuni təsilçisi Sərdar Həsənov Əbülfət oğludur.(fed.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook