"Bakı Sığorta" bağlana bilər bilər - gəlir 29% azalıb
Aprel 08
10:48
2020
"Bakı Sığorta" ASC 2019-cu ili 237 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 29,1% azdır.
Ötən il "Bakı Sığorta"nın gəlirləri 2,086 milyon manat (illik müqayisədə 1,1% az), xərcləri 1,789 milyon manat (5,8% çox), mənfəət vergisi ödəmələri isə 59 min manat (29,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı Sığorta”nın aktivləri 10,924 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10,4% artaraq 1,409 milyon manata, balans kapitalı isə 2,6% artaraq 9,515 milyon manata çatıb.
Xatırladaq ki, "Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC-yə (51,29%), "Toyota Absheron Center” MMC-yə (9,38%), "Subaru Azərbaycan” MMC-yə (9,38%), "Yeni Motor” MMC-yə (9,38%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və "Ekolizinq” MMC-yə (6,68%) məxsusdur.