SON XƏBƏR

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər sürətlə davam edir

Avqust 04
15:27 2016
Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması Azərbaycan, Gürcüstsn və Türkiyə hökumətlərinin diqqət mərkəzindədir. Bu, həmin ölkələrin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsində tikinti işləri davam edir. Gürcüstan hissəsində işlər dörd mərhələdə (Marabda - Tetriskaro - 29,2 km, Tetritskaro-Salka - 49,7 km, Salka-Axalkalaki - 74,1 km, Axalkalaki - Kartsaxi - 26,3 km ) həyata keçirilir.

I mərhələ - uzunluğu 29,2 km olan Marabda-Tetriskaro sahəsində I (Tetriskaro stansiyası daxil olmaqla) yolun torpaq yatağında, üst quruluşu elementlərində, süni qurğularda, elektrik təchizatı, rabitə və İMB qurğularında, mülki və inzibati binalarda reabilitasiya, rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılıb.

Stansiyalarda qaz , su, istilik və çirkab suların axıdılması xətləri çəkilib və istismara hazırdır. Sahədə qatarların elektrovozla hərəkəti təmin edilib.

II mərhələ - uzunluğu 49,7 km olan Tetriskaro-Salka sahəsində (Salka stansiyası daxil olmaqla) reabilitasiya-rekonstruksiya, tikinti işləri əsasən aparılıb. Sahəyə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, üstü örtülüb. Ərazidə rabitə, işarəvermə, mərkəzləşmə qurğularında sazlama işləri aparılır. Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda, 111 süni qurğuda işlər əsasən başa çatdırılıb. Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər başa çatdırılıb, elektrik kontakt şəbəkəsində və VL-10 kV AB və PG elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmir-beton dirək dəyişdirilib, kontakt şəbəkəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri yekunlaşıb.

III mərhələ - uzunluğu 74,1 km olan Salka-Axalkalaki sahəsində 179 ( 4 qar yığımı əleyhinə qalareya, 11 körpü və yol keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar, 25 qar yığını əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar yığımı əleyhinə divarda işlər əsasən başa çatdırılıb. Sahədə yolun üst qurluşu elementləri tam dəyişdirilib.

Trialeti, Pokani və Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilərək, onların montajı yekunlaşıb, kontakt şəbəkəsində (1990 dirək basdırılaraq, naqilin asılması), VL-10 Kv AB və PG elektrik ötürücü xəttinin reabilitasiya, rekonstruksiya və tikinti işləri davam etdirilir.

Trialeti, Taparavani, Pokani və Ninotsminda stansiyasiyalarında vağzal binalarının rekonstruksiyasında işlər əsasən başa çatdırılıb.

Hazırda sahədə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, örtülmüş, rabitə, işarəvermə, bloklama və mərkəzləşmə qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı başa çatıb.

Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının hərəkəti təmin edilib.

Axalkalaki stansiyasında vağzal binasının, çeşidləmə parkının, süni qurğuların tikintisində işlər davam etdirilir. Stansiyada təkər cütlərinin dəyişdirilməsi məntəqəsində 1520 mm və 1435 mm izli yollar qoyulub.

Axalkalaki stansiyasını Axalkalaki-Türkiyə sərhəddi (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşdirən, Qırxbulaq çayı üzərindəki 6 dayaqlı 153 m-lik körpünün tikintisində işlər başa çatdırılıb, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf müvafiq əmri ilə istismara qəbul edilib.

Bu mərhələdə ən möhtəşəm işlərdən biri də Salka-Axalkalaki sahəsində müxtəlif uzunluqda 4 ədəd tunel-qalereyanın (yerüstü tunel) tikintisidir (1165, 600, 500 və 400 metr uzunluğunda). Bunların tikintisinin əsas səbəbi qışda bu yerlərin qarla örtülməsidir. Tunel-qalereyalar qışda hərəkətin ahəngdarlığının pozulmasının qarşısını müəyyən qədər alacaq. Bundan əvvəl ikinci mərhələdə, uzunluğu qisa olsa da, 2 ədəd tunel-qalereya avtomobil keçidi üçün istismara verilib.

IV mərhələ - ümumi uzunluğu 26,3 km (Gürüstan ərazisində tikiləcək tuneldə daxil olmaqla) olan Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhəddi (Kartsaxi) sahəsində (Kartsaxi stansiyası da daxil olmaqla) dəmir yolun torpaq yatağında işlər başa çatdırılıb. 51 süni qurğunun tikintisi əsasən başa çatdırılıb, layihə-smeta sənədlərində nəzərdə tutulmamış 3 süni qurğuda işlər davam etdirilir.

Sahənin 26,3 km-nə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulmuş, relslərin qaynaqlanması və yola çınqıl tökülməsi başa çatıb, ərazidə ekaloji tarazlığı saxlamaq üçün 50.000 dən artıq ağac əkilib.

Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində tamamlama, digər mülki bina və tikililərdə işlər yekunlaşıb.

Sərhəddə tikilən 4450 metr uzunluğunda körpünün Gürcüstan ərazisinə düşən 2070 metrində (240 m uzunluqda portalla birlikdə) 1830 m uzunluğundakı sahədə üst keçid işləri tamamlanıb, 1780 m uzunluğunda sahədə yolun alt yatağı qazılmış, 53 metrdə qazma işləri davam etdirilir. Eyni zamanda, tunelin betonlanması işləri aparılır. Betonlama işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Axalkalaki-Kartsaxi sahəsində işçi sınaq qatarının hərəkəti təmin edilib.

Reabilitasiya, rekonstruksiya və tikinti işlərinin aparıldığı Marabda- Türkiyə sərhəddi(Kartsaxi) ərazisi relyefinə və iqliminə görə mürəkkəbdir. Dəmir yolu xəttinin mailliyi 35‰-dir. Sahədəki ilk stansiya- Marabda dəniz səviyyəsindən 750 m, 100-cü km-dəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 m, sonuncu stansiya - Kartsaxi dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook