“Bakı Tikinti Konstruksiya” QSC qeyri-qanuni soyuducu anbarlar tikir? - FOTOLAR
Fevral 28
22:41
2023
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadova məxsus "Bakı Tikinti Kosntruksiya” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində qeyri-qanuni tikililərin olması ilə bağlı Qaynarinfo-nun yazdıqları təsdiqini tapıb.
Belə ki, Qaynarinfo-nun bir müddət əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanladığı rəsmi sorğu cavablandırılıb.
İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Mirzə Mirzəyevin adından redaksiyamıza daxil olan rəsmi cavabda deyilir: "Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş 26.01.2023-cü il tarixli, 5-14/1-1-4-071/2023 nömrəli məktuba tərəfimizdən baxılıb. Bildiririk ki, məktubda qeyd olunmuş ərazi 1 nömrəli Sahə inzibati ərazi dairəsində yerləşir.
Dərnəgül-2096-cı məhəllə ünvanında yerləşən "Bakı Tikinti Kosntruksiya” QSC-yə tərəfimizdən baxış keçirilib. 2022-ci ilin mart ayında "Bakı Tikinti Kosntruksiya” QSC-nin ərazisində dəmir konstruksiyadan ibarət anbarın inşa edilməsi prosesi tərəfimizdən aşkar edilib və bu barədə aidiyyatı qurumlara məlumat verilib”.
Xatırladaq ki, Qaynarinfo-nun dərc etdiyi məqalədə də "Bakı Tikinti Konstruksiya” QSC-də qeyri-qanuni tikililərin mövcudluğundan bəhs edilmişdi. Bildirilirdi ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı ilə razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikilib.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən rəsmi cavab da yazdıqlarımızı təsdiqləyir. Amma maraqlıdır ki, ərazidə qeyri-qanuni tikililərin salınması prosesi bir ilə yaxındır başlasa da, hələ də aidiyyəti qurumlar bununla bağlı heç bir tədbir görməyib.
Məsələ ilə bağlı, 27 dekabr 2022-ci ildə FHN yanında Azərbaycan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi [email protected] elektron ünvanına sorğu ünvanlasaq da, rəsmi cavab verilməyib.
Bundan əlavə, 7 yanvar tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələ ilə bağlı açıqlama istəsək də, rəsmi elektron ünvanlarına məktub ünvanlamaq tövsiyyə edildi. Elə həmin tarixdə komitənin [email protected] elektron ünvanına sorğu ünvanlasaq da, hələ də cavab verilməyib.
Rəsmi qurumların bu susqunluğu ciddi suallar doğurur və bizi araşdırmalarımızı daha da dərinləşdirməyə sövq edir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz ərazi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12.02.2021-ci il tarixində bağlanan 182 saylı müqavilə ilə QSC-yə icarəyə verilib. Araşdırmalarımız bu icarə müqaviləsi ilə bağlı da maraqlı məqamları ortaya çıxarıb. İstər icarə müqaviləsinin tələblərinə əməl olunması, istər əlavə ərazilərin zəbt olunması ilə bağlı suallar var. Hazırda bu istiqamətdə də araşdırmalarımız davam edir.
Qeyd edək ki, Qaynarinfo-da "Bakı Tikinti Kosntruksiya” QSC qeyri-qanuni fəaliyyətilə bağlı məlumat dərc edildikdən sonra Şahin İbadov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri vəzifəsindən azad olunub.

Qlobal.az