“Bakı Toxuculuq Qalantereya” səhmdarlarına hesabat verəcək
Aprel 25
09:29
2017
İyunun 9-da, saat 10:00-da "Bakı Toxuculuq Qalantereya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report” xəbər verir ki, bu barədə Cəmiyyətin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 39 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Bakı Toxuculuq Qalantereya” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 321 168 manatdır.