SON XƏBƏR

Bakı Uşaq Teatrı yeni mövsümünü açıb

Oktyabr 01
10:23 2016
H.Sarabski adına Bakı Uşaq Teatrında yeni mövsümün açılışı olub.
 
Teatr yeni mövsümü Abdulla Şaiqin "Danışan gəlincik”, "Ağıllı tülkü”, Arzu Soltanın "Dovşanın evi” səhnə əsərləri ilə açıb.
 
Çoxdan repertuarda olan "Ağıllı tülkü” və "Dovşanın evi” tamaşalarının rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, "Danışan gəlincik” tamaşasının rejissoru isə İlhamə Əhmədovadır.
 
Açılışda illüziyaçı Tofiq İsgəndərli maraqlı nömrələr təqdim edib, aktyorların ifasında müxtəlif rəqslər, əyləncəli oyunlar nümayiş olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook