SON XƏBƏR

Bakı vağzalında xırdavat satan necə milyarderə çevrildi?

Oktyabr 12
01:01 2016
Son bir neçə ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələrinin 60 faizə kimi bahalaşdığı bildirilir. May ayından avqusta ayına kimi ehtiyat hissələri 40, sentyabr ayında isə 20 faiz bahalaşıb.

Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olanlar deyir ki, maydan etibarən son bir neçə ayda dollar xeyli bahalaşıb: "Bu da ölkəyə gətirilən ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir göstərib. Məsələn, may ayında dolların məzənnəsi 1.49 manat idisə, hazırda 1.60-dan yuxarıdır”.

Onların sözlərinə görə, qiymətlərin artmasına təsir göstərən digər səbəb gömrük rüsumlarının iyul ayından etibarən fərqli qaydada hesablanmasıdır. Əvvəl ehtiyat hissələrinə say və ya çəkiyə görə rüsum hesablanırdı. İndi malın dəyərinə görə rüsum tutulur. Nəticədə ehtiyat hissələrinin gətirilməsi xərcləri 2 dəfə artıb.

Satıcının bildirməsinə görə, nəticədə avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi bütün detallar kəskin bahalaşıb. Məsələn, əvvəl 1999-cu il model «Mercedes C 200» avtomobilinin sürət qutusunun yağını dəyişmək, usta xərci daxil, 110-120 manata başa gəlirdi. İndi bundan ötrü 200 manat ödəmək lazım gəlir. Bundan əlavə, filtr və ara qoruyucunun qiymətinin də 2 dəfə artdığı bildirilir. Əvvəl iki detalı 15 manata almaq mümkün idisə, indi qiymət 30 manata kimi artıb.

Mühərrik yağının dəyişməsinin isə indi 75 faiz bahalaşdığı bildirilir. A.Şamilov vurğulayıb ki, bir neçə ay əvvələ qədər «Mercedes C200»nin mühərrik yağını dəyişmək, usta xərci daxil, 40 manat idi. İndi bu xərc 70 manata kimi artıb.

Bəzi ehtiyat hissələrinin qiymətlərinin isə daha çox artdığı söylənir. Məsələn, «Mercedes C200» modelinin yan qanadının 60-70 manatdan 120-140 manata, qapısının 80 manatdan 140 manata, alın şüşələrinin 80 manatdan 130 manata kimi bahalaşdığı deyilir. Ön amortizatorların qiymətinin isə 45-55 manatdan 90-100 manata, arxa amortizatorların qiymətinin də 85-90 manata kimi bahalaşdığı açıqlanıb.

İstiqlal.az-ın araşdırmalarına görə, ölkəyə idxal edilən avtomobil hissələrinin kəskin bahalaşmasına devalvasiyadan daha çox monopoliya təsir edib. May ayı ilə müqayisədə manat cəmi 10 faiz dəyərini itirməsinə rəğmən ehtiyat hissələrinin 40-60 faiz bahalanması heç bir tənqidə dözmür.

İstiqlal.az-ın araşdırmalarına görə, bu ilin yanvarında gömrükdə total monopoliya mühiti ləğv edilsə də, bəzi monopolistlərin imtiyazlı mövqeyi dəyişməyib. Hazırda avtomobillərin ehtiyat hissələrinin idxalı "Trans Broker” MMC-nin nəzarətindədir. MMC-yə isə müəmmalı keçmişi olan milyarder Əbülfəz Məlikov başçılıq edir. Bu şəxsin adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanıb. 

İstiqlal.az-ın araşdırmalarına görə, Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə 3 il öncə ləğv edilən "RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə "Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir.

Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun "Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Ölkəyə idxal olunan bir sıra gündəlik təlabat mallarının, o cümlədən də, kərə yağı və avtomobillərin ehtiyat hissələrinin monopoliyası onun nəzarətindədir. Yanvarda bir çox mallara idxal monopoliyası ləğv edilsə də Ə.Məlikov gizli himayədarlarının gücündən istifadə etməklə monopolist mövqeyini qoruya bilib. Nəticə də göz qabağındadır. May ayı ilə müqayisədə manat 10 faiz dəyərini itirib, ancaq qiymətlər 60 faiz bahalaşıb.

Məlumatlara görə, Bakıda biznesinə gözlənilən təhlükələri önləmək üçün Ə.Məlikov biznesinin əhəmiyyətli hissəsini və pullarını Moskvaya köçürüb. Ə.Məlikov və Əhəd ağanın bütün MDB, o cümlədən də düşmən Ermənistanda biznes əlaqələrinin olması barədə məlumatlar var.///istiqlal.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook