SON XƏBƏR

Bakıda 1000 binanın sökülməsi gözlənilir

İyul 26
14:01 2016
Bakıda yararsız vəziyyətə düşən 1000-ə yaxın yaşayış binası sökülməlidir.
 
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı şəhərindəki rayonların icra hakimiyyəti rəhbərləri ilə keçirilən görüşdə söyləyib.
«Bu, 30 mindən artıq sakinin köçürülməsi, 1 mln. kv.metrə yaxın yaşayış sahəsinin tikilməsi deməkdir»,- deyə komitə sədri bildirib.

Komitə əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını deyən A.Ələsgərov prosesin ləng getməsindən narahatlığını söyləyib.
 
Nazirlər Kabinetinin 2016-cı il fevralın 25-də verdiyi qərarla «Pilot layihə» çərçivəsində Bakıda yararsız vəziyyətə düşən binalar sökülməli, əhali daha münasib yerlərdə inşa edilən mənzillərə köçürülməlidir.
 
Ancaq Azərbaycanda bəzi müstəqil iqtisadçılar son vaxtlar neftin qiymətinin düşməsi ilə bağlı dövlətin gəlirləri azaldığından, belə layihələrin gerçəkləşəcəyinə şübhə ilə yanaşırlar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook