SON XƏBƏR

Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçiriləcək

May 11
16:39 2017
İyunun 1-2-də Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas 2017” konfransı keçiriləcək.
"Iteca Caspian” şirkətindən bildirilib ki, regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. "Caspian Oil&Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR tərəfindən dəstək göstərilir.
Konfransda Azərbaycanın dünya enerji bazarında rolu; aparıcı layihələrin cari vəziyyəti və gələcək perspektivləri; əsas bazar iştirakçılarının "onşor” (sahil) və "ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları; neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi; Azərbaycanda neft emalı və neft-kimya sənayelərinin cari vəziyyəti və inkişafı; neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli Azərbaycan-Xəzər regionunun nəqliyyat-logistika qovşağı; yataqların işlənməsi üzrə səmərə və optimallığın artırılması; köhnə yataqların neft vermə əmsalının artırılması üçün qabaqcıl texnologiyaların istifadəsi; rəqəmsal texnologiyaların insan resursları və səmərə artımında effektiv rolu; alternativ enerji sahəsində innovativ texnologiyalar. Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir.
Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubiley tədbirə, " BP – 25 il ərzində Azərbaycanın uzunmüddətli tərəfdaşı” adlı konfransının bir sessiyası həsr olunacaq.
Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Gümüş Sponsorlar - INPEX, McDermott, Statoil, Reflex Marine, Bürünc Sponsorlar – Schlumberger, Caspian Geophysical, Microsoft, Siemens, Dentons, Fluor, Nobel Upstream, TAP, Total, Zenith Energy, Yokogawa Lamor Corporation çıxış edirlər. Konfransın baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group” şirkəti çıxış edir.
Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Konfransın təşkilatçıları qismində "ITE Group” və onun tərəfdaşı "Iteca Caspian” şirkətləri çıxış edirlər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook