Bakıda 25 partiyanın dövlət qurumları ilə görüşü keçirildi
May 17
11:18
2024
Mayın 16-da "Siyasi partiyalar haqqqında qanunun tətbiqi məsələləri" adlı dəyimi masa keçirilib.
Qaynar.info xəbər verir ki, tədbir Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə dövlət qeydiyyatına alınan 25 partiyanın nümayəndələri qatılıb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin də qatıldığı tədbirdə Milli Məclis Aparatı, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası də iştirak edib.
Xalq Partiyasının sədri Pənah Hüseyn görüşlə bağlı açıqlama verib, təəssüratlarını paylaşıb:
"16 may 2024-cü il tarixdə siyasi partiyaların iştirakı ilə keçirilmiş tədbir haqqında KİV- dən gələn çoxsaylı suallarla bağlı aşağıdakıları bildirirəm:
* Tədbir "Dəyirmi masa” tipli idi. "Hilton” otelin konfrans zalında keçirildi. Təşkilatçı Prezident Administrasiyası idi.
* Konkret mövzu "Siyasi partiyalar haqqında qanunun tətbiqi məsələləri” idi və təşkilatçı tərəfindən hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq prosesinin tərkibi, eyni zamanda maarifləndirici tədbir kimi təqdim edildi və bu məzmunda idi.
* Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-nin nümayəndələri təmsil olunmuşdu. Prezident Administrasiyasının əməkdaşlarından əlavə AR Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının bu sahəyə məsul rəhbər işçiləri iştirak edirdilər və məruzə etdilər.
Habelə tədbirdə iştirak edən 25 siyasi partiyadan 20-sinin təmsilçisi çıxışlar etdi. Çıxışlarda tədbirin konkret mövzusu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi. Mənim rəyimə görə istər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu".