SON XƏBƏR

Bakıda 5 əsrə yaxın yaşı olan evlərdə hələ də yaşayış var (VİDEO)

Yanvar 22
03:45 2018
Beş əsrə yaxın yaşı var, amma hələ də yaşayış evi kimi istifadə edilir.

Qlobal.az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi, Qışlaq yaşayış sahəsində yerləşən qədim evlərdən gedir. Kəndin ərazisində 20-dən artıq bu cür "Tağ ev" var. Evlərin divarlarının qalınlığı 80 santimetr, bəzilərində isə 1 metrə bərabərdir.

Tağ şəklində tikilən evlərin bəzilərində indi də yaşayış var. Bu evlərin damı yoxdur. Üzərinə isə yağışdan qorunmaq üçün daşdan əlavə gil də tökülüb. Evlərin üstünə 2-3 ildən bir yenidən gil tökülür ki, yağış suyu içəri keçməsin. Evlərin əksəriyyəti 2 və 3 otaqlı olub.

Keçmişdə heyvanlar insanların yatdığı otaqda bəslənilib.

Heyvanların ot ehtiyatı isə evin yanındakı anbarda toplanılıb. Açıq ot və saman anbarın yuxarı hissəsindəki dəlikdən içəri boşaldılıb.

Kənd ərazisindəki tağ formalı evlərin əksəriyyəti sakinlər tərəfindən qorunub saxlanılır. Yaşayış olanlarda isə nisbətən restavrasiya aparılsa da, tarixiliyinə toxunulmayıb. Sakinlər bu evlərin tarixi abidələr siyahısına salınaraq qorunmasını arzulayır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook