SON XƏBƏR

Bakıda aksiya: Etiraz etdikləri məmurların adını maşınlara yazdılar (FOTOLAR)

Fevral 17
11:06 2022
Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

Sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. 

Belə ki, "R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. 

Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”

Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub. 
 
Mənbə: Oxu.az
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook