SON XƏBƏR

Bakıda Atatürk haqqında qalmaqallı kitabın təqdimatı olacaq (FOTO)

İyul 17
23:58 2017
Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və "Kitabıstan”ın Etatizm Akademiyası seriyasından dördüncü kitabının təqdimatı keçiriləcək.

Modern.az xəbər verir ki,  ingilis hərbçi və yazar Armstronqun Mustafa Kamal Atatürk haqqında yazdığı "Bozqurd” kitabının təqdimatı iyul ayının 30-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək. 
 
Türkiyədə senzura ilə nəşr olunan "Bozqurd” Azərbərbaycanda ilk dəfə, senzurasız təqdim ediləcək.
 
Kitabda Mustafa Kamalın uşaqlığı, ailəsi, gəncliyi, Birinci Dünya Müharibəsindəki xidmət dövrü, Qurtuluş Savaşı haqqında geniş yazılıb.
 
Kitabın Türkiyədə senzura ilə nəşr olunmasına səbəb yazarın Atatürkün şəxsi həyatı, içkisi, əyləncəsi haqqında da geniş yazmasıdır. Ancaq bütün bunlara baxmayaraq Mustafa Kamalın yorulmadan necə çalışdığını, necə lider olduğunu da qeyd edib. Yazarın özünün də dediyi kimi "O, lövhə və tabaşiri silah kimi daşıyan sadə rəhbər idi".
 
Milli Fikir Mərkəzi digər üç kitab kimi bu kitabı da Azərbaycan gəncinə, Azərbaycan insanına dünyanın ən möhtəşəm nümunələrini təqdim etmək üçün tərcümə edib.
 
Azərbaycan gənci ən imkansız anda belə bəs demədən çalışan və çürümüş imperiyanın qalıqlarından modern Türkiyə Cümhuriyyətini yaradan, inqilablar, islahatlar həyata keçirən lideri yaxından tanımalıdır. 
 
Buna görə də kitab senzurasız təqdim edilir.
 
Təqdimata media nümayəndələri də dəvətlidir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook