SON XƏBƏR

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Avqust 18
09:28 2016
Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası avqustun 19-da Bakıda keçiriləcək.
 
Azərbaycanın Pekindəki səfirliyindən verilən məlumata görə, komissiyanın 6-cı iclasında iştirak etmək üçün Çin kommersiya nazirinin müavini Çian Keminin başçılığı ilə nümayəndə heyəti avqustun 18-20-də Bakıda səfərdə olacaq.
 
İki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın 6-cı iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Çin tərəfdən kommersiya nazirinin müavini Çian Kemin sədrlik edəcəklər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook