Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir
İyun 20
12:29
2016
Azərbaycanda Rusiya kapitalına əsaslanan 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırıb. Rusiya iqtisadiyyatında Azərbaycan investisiyalarının payı isə 1 milyard dollar təşkil edir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu sözləri Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda söyləyib.
Nazir müavini onu da bildirib ki, 2015-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar, cari ilin dörd ayı ərzində isə müvafiq göstərici 470 milyon dollar olub.
Azərbaycanda mövcud olan biznes şəraiti barədə məlumat verən Niyazi Səfərov ölkədə yaradılan sənaye parkları və texnoloji parklar haqqında söhbət açıb, rusiyalı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Biznes-forumun yekunlarına əsasən, əczaçılıq sahəsində əməkdaşlıq, investisiya layihələrinin təşviq edilməsi və birgə istehsal yaradılması haqqında 4 memorandum imzalanması nəzərdə tutulur.
Qlobal.az