SON XƏBƏR

Bakıda Azərbaycan, Rusiya və Gürcüstan energetiklərinin üçtərəfli görüşü olub

Avqust 02
17:31 2016
Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması üç ölkənin elektroenergetika sistemlərinin tranzit imkanlarını və onların vahid sinxron zonada işinin dayanıqlılığını artırmaq məqsədi daşıyır.
 
"Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Bakıda Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması məsələlərinə həsr edilən iclasında bildirilib. "Azərenerji” ASC-nin təşəbbüsü ilə təşkil edilən iclasda Rusiyanın "İnter RAO” PSC-nin, "Vahid Enerji Sisteminin Sistem Operatoru” ASC-nin, "Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti” PSC-nin, "Rusiya şəbəkələri” PSC-nin, "Gürcüstan Dövlət Elektrosistemi” SC və Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru” SC-nin nümayəndələri iştirak ediblər.
 
Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanma şəraitinin təhlili və bu qapanmanın BES/VES enerji birliyinə daxil olan enerji sistemlərinin işinə təsiri 2007-2008-ci illərdə KOTK-nın işçi qrupu çərçivəsində müzakirə edilib. Bu məsələ ilə bağlı qərar MDB EEŞ-in 2008-ci il mayın 23-də keçirilmiş 33-cü iclasında təsdiq olunub.
 
Görüşün sonunda müzakirələrin yekunlarına dair protokol imzalanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook