Bakıda fəaliyyət göstərmiş polyak memarlardan bəhs edən kitab nəşr olunub
Yanvar 22
00:32
2016
Azərbaycanın Polşadakı səfirliyi Varşava Politexnik Universiteti ilə birgə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı şəhərinin memarlığının inkişafına töhfə vermiş polyaklara həsr olunmuş kitabları (Şamil Fətullayev-Fiqarov – "Polyak memarlar Bakıda” və Ruqiyə Mustafayeva – "XIX əsrin sonu - XX əsrin əvvəlləri Bakı memarlığının formalaşdırılmasında polşalı memarların rolu”) polyak dilində nəşr etdirib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan kitablar Varşava Politexnik Universitetinin Memarlıq fakültəsinin tələbələri tərəfindən əlavə dərs vəsaiti kimi istifadə olunacaq. Səfirlik tərəfindən Varşava Politexnik Universiteti ilə əldə olunmuş razılıq əsasında nəşr olunmuş kitablar Polşaın Mərkəzi və Universitet kitabxanalarına göndərilib.
Qeyd edək ki, Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti və incəsənəti, ədəbiyyatı, fəlsəfə və etikası, musiqisi, memarlığı, tarixi, eposları, folkloru, mətbəxi və Azərbaycan-Polşa seriyalarında polyak dilində 36 adda kitab artıq nəşr olunub.
Qlobal.az