SON XƏBƏR

Bakıda informasiya təhlükəsizliyi ilə bağlı seminar keçirilib

May 20
06:42 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Britaniya Standartlar İnstitutu və "Advanced Quality Solutions Group”un ("AQS Group”) birgə təşkilatçılığı ilə Bakıda "İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri” mövzusunda seminar keçirilib.
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda nazirliklərin, dövlət komitələri və agentliklərinin, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələrin informasiya təhlükəsizliyi üzrə məsul nümayəndələri iştirak ediblər.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində aparılan işlər, RYTN tərəfindən həyata keçirilən tədbirlər, beynəlxalq standartlaşdırmanın mahiyyəti, sahə üzrə sertifikatlaşdırmanın üstünlükləri və s. haqda məlumat verib.
 
Sonra "Beynəlxalq standartlaşdırma və təşkilatın davamlılıq konsepsiyasında Britaniya Standartlar İnstitutunun rolu”, "Milli e-məkanda informasiya təhlükəsizliyinin idarə edilməsi üçün yol xəritəsinin tezisləri”, "Azərbaycan Respublikasının Vergilər Nazirliyində informasiya təhlükəsizliyinin idarə olunması sisteminin tətbiqi və üstünlükləri”, "İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsində İSO 27001-in rolu”, "İnformasiya təhlükəsizliyi üzrə ixtisaslar. Ali təhsil” mövzularında çıxışlar dinlənilib.
 
Seminar informasiya təhlükəsizliyi mövzusu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook