SON XƏBƏR

Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - FOTO

İyul 07
11:04 2020
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, BŞBPİ, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində "Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2 000 manat, digərləri 200 manat cərimə olunublar.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook