SON XƏBƏR

Bakıda keçiriləcək Formula 1 mərhələsinin adı və vaxtı rəsmən dəyişdirilib

Dekabr 01
01:25 2016
Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) Formula 1 üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.

Bakıda keçiriləcək mərhələnin adı Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq. 

Bu addım Qran Prinin "24 saat Le Man" marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran Prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.

Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə müəyyənləşəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook