SON XƏBƏR

Bakıda keçirilən futbol üzrə Avro-2016-nın qalibi müəyyən oldu

May 22
07:17 2016
Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.
 
Finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.
 
"Bakcell Arena”da keçirilən qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub.
 
Penalti seriyasında Portuqaliya daha dəqiq oynayıb (5:4) və Avropa çempionu adını qazanıb.
 
Qalib komanda üzvlərinə medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
 
Turnirin bombardiri portuqaliyalı futbolçu Xose Qomes olub.
 
Avropa çempionatı, FİNAL
 
Portuqaliya – İspaniya – 1:1
Qollar: Dieqo Dalot, 27 – Rahim Diaz, 32
 
Penaltilər: Joze Qomeş (1:0), Abel Ruiz (1:1), Joao Felipe (2:1), Oriol Buskets (2:2), Dieqo Leyte (3:2), Juan Brandariz (3:3), Dalot (4:3), Brahim Diaz (4:4),
Gedson Fernandeş (5:4), Manu Morlanes (5:4)
 
Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya) "Bakcell Arena”. (report.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook