SON XƏBƏR

Bakıda öldürülən MTN əməkdaşının çoxlu sayda seks kasetləri ortaya çıxdı – Dəhşətli faktlar

Dekabr 25
18:16 2018
Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, iş adamı Fariz Vahabovun qətli ilə bağlı yeni detallar məlum olub.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, Fariz Vahabovun seksual manyak olduğu iddia olunur. Əldə olunan məlumata görə, Fariz Vahabov Xətai rayonunda yaşadığı binanın qadınlarını onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da həmin intim əlaqələrdə iştiraka məcbur edib. Nə qədər absurd və ağlasığmaz səslənsə də, öz həyat yoldaşını yad kişilərlə görüşdürüb. Həmin seksual zəminli görüşləri də gizli lentə alaraq şantaj məqsədilə istifadə edib. F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Hazırda sözügedən qətl hadisəsinin baş verdiyi ərazidə F.Vahabovla bu və ya digər şəkildə əlaqələri olan şəxslərin ifadəsi alınır. Məlumata görə, qətldən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videkasetlər aşkarlanıb. Fariz Vahabovun şantajlarının qurbanları həmin videolar vasitəsilə aşkarlanır və istintaqa cəlb olunur. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olması bir daha təsdiqlənir.

Qeyd edək ki, qətl hadisəsinin baş verdiyi ərazidə olan kameralar vasitəsilə araşdırma aparılsa da, hələlik cinayətin iştirakçıları müəyyən edilməyib.

Xatırladaq ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus "Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib. Fariz Vahabov hadisə yerində ölüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı, bıçaq xəsarətləri də aşkarlayıblar. Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib. İstintaq araşdırması zamanı Fariz Vahabovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olması üzə çıxıb. O, nazirlik ləğv edilməmişdən əvvəl orqandan xaric edilib. O, həmin vaxtdan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. İlkin ehtimala görə, Fariz Vahabov pul mübahisəsi üstündə öldürülüb. Lakin onun evində axtarış nəticəsində əldə edilən videokassetlər cinayətin namus məsələsi olma ehtimalını da düşünməyə əsas verir.

Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür. Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilkin olaraq cinayət işi başlansa da, iş sonradan alınaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna təqdim olunub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook