Bakıda metroya gizli soxulan Fransa vətəndaşı həbs edildi
Aprel 03
08:54
2024
Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.