Bakıda “Rənglərin formulu” adlı sərgi açılacaq
May 17
00:52
2016
İyunun 3-də Muzey Mərkəzində tanınmış rəssam Vüqar Muradovun "Rənglərin formulu” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın müxtəlif mövzularda sənət əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, müasir Azərbaycan incəsənətinin ən istedadlı nümayəndələrindən biri olan Vüqar Muradov 1967-ci ildə Bakıda doğulub, 1986-cı ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. O, 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildən başlayaraq onun Vaşinqtonda, Tehranda, Moskvada, Parisdə, Lüksemburqda sərgiləri keçirilir.Rəssamın sənət əsərləri dəfələrlə Nyu-Yorkun "MoMA The Museum of Modern Art”, Vaşinqtonun "Solomon R. Guggenheim Museum” və "Central and Eastern European Art Foundation” kimi sərgi məkanlarında nümayiş olunub.
Qlobal.az