SON XƏBƏR

Bakıda torpağın qiyməti qalxıb

Noyabr 22
17:42 2017
Bakıda torpaq sahələri bahalaşıb.

Qlobal.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovbildirib. 

O qeyd edib ki, torpaq bazarında sentyabr ayı ilə müqayisədə oktyabrda 1,61% bahalaşma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qiyməti  4,71% artıb.

N.İbrahimov bildirib ki, bu, satışa çıxarılan torpaq sahələri üzrə portfeldə struktur dəyişiklikləri ilə bağlıdır: "Belə ki, yay aylarında şəhərətrafı kənd və qəsəbələrdə daha çox ucuz torpaqlar alınıb. Portfeldə qalanlar bahalı torpaqlardır. Dəyişən strukturla tədricən qışa doğru qiymətlərdə artım görünə bilər. Amma stabil strukturda isə qiymətlər azalır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook