Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub
Yanvar 16
13:20
2017
Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.
"Report” xəbər verir ki, təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Layihənin tərəfdaşları "TPİCO" (İran, 49%), "Azersun Holding" (26%) və Azərbaycan İnvestisiya Şirkətidir (25%). Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək.
Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.Qeyd edək ki, Əli Rəbiinin ölkəyə səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.