Bakıda özəl şirkət tarixi abidəni yerlə-yeksan etdi, rəsmilər işə qarışdı (FOTOLAR)
Sentyabr 05
12:40
2019
Bakının Xəzər rayonunda yerləşən tarixi abidə özəl şirkət tərəfindən dağıdılıb.
Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Bakının Xəzər rayonunda yerləşən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə özəl şirkət tərəfindən yerlə-yeksan edilib. Avqustun 30-da sökülən abidənin daşlarının hara atıldığı da məlum deyil.
Məsələ barədə Oxu.Az-ın əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov saytımızın sorğusuna cavab olaraq bildirib ki, dağıdılan abidə barədə araşdırma aparılacaq:
"Xəzər rayonu, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan "Qışlaq yaşayış yeri"nin dağıdılması barədə daxil olmuş məlumata əsasən, əməkdaşlarımız abidəyə baxış keçiriblər.
Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub.
Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim ediləcək".

Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Qlobal.az