Bakıdakı "Formula 1" yarışının proqramı açıqlandı
Fevral 12
10:27
2022
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabında yayılan məlumatda yarışın iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacağı bildirilir.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu start götürəcək.
Nəhayət, iyunun 10-da əsas yarış saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 20-də Bəhreyndə star veriləcək. 10 - 12 iyunda isə Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.