SON XƏBƏR

Bakıdan Mineralnıye Vodıya cəmi 29 avroya uçmaq mükündür

Oktyabr 21
13:49 2017
"Buta Airways” aviaşirkəti Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerləri 29 avroya satır.
 
Aviaşirkətdən verilən məlumata görə, oktyabrın 24-də Bakıdan Rusiyanın Mineralnıye Vodı şəhərinə olan reysə bütün yerlər 29 avroya başa gələcək.
 
Qeyd edək ki, "Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir "Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və sentyabrın 1-dən uçuşlarına start verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook