SON XƏBƏR

Bakılı alımin yadplanetlilərlə bağlı araşdırması qalmaqal yaratdı

Fevral 08
12:02 2024
Qlobal.az lent.az-a istinadən dünya şöhrətli alim, şumerşünas, astrofizik və tarixçi Zəkəriya Sitçin (Bir çox mənbələrdə Zaxariya Sitçin) barədə maraqlı məlumatları təqdim edir:

Sitçinin uşaqlığı Bakıda keçsə də, ömrünün böyük hissəsini ABŞ-da yaşayıb. Adı dünya elminə yaxşı tanışdır. İsraildə böyüyüb, burada "Əhdi-Ətiq”, Yaxın Şərq tarixi, müasir və qədim ibrani dilləri, eləcə də semit və Avropa dilləri sahəsində biliklər qazanıb. London Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib və 1952-ci ildə Nyu Yorka köçməzdən əvvəl uzun illər İsraildə jurnalist kimi çalışıb. Həmin illərdə qədim Şumer dilini və mixi yazılarını araşdırmağa başlayıb. Sitçinin bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.

Zəkəriya Sitçin 1920-ci il iyunun 11-də Bakıda yəhudi ailəsində anadan olub. Onun müəllifi olduğu "Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Sitçin qədim Şumerlərin Qafqazla, xüsusən Azərbaycanla bağlı olduğunu iddia edir, qədim tanrılarla Şumerlərin əlaqəsi barədə araşdırma yazılar yazırdı. 

Zəkəriya Sitçin 10 cildlik "Dünya tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaradıb. 

Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsinə görə, on ikinci planet olan Nibirudan gələn Anunaki adlı yadplanetlilər dünyamızı işğal edib mədənlərdə kölə kimi işlətmək üçün insanı yaradıb.İnsan Annunaki geninin meymunlara " calaq edilməsi” yolu ilə yaradılıb. Yadplanetlilər öz planetlərini ətraf problemləri üzündən 432 000 il əvvəl Yerə gəlib, Misir piramidalarının tikilməsində, Şumerlərin mədəni inkişafında  iştirak ediblər.  Zamanla yadplanetlilər insan qadınları ilə cütləşib qarışıblar. 13.000 il əvvəl böyük bir sel olub. Bu seli də öz tanrılarına, Anunakilərə qarşı baş qaldırmış insanı məhv etmək üçün məhz onlar törədiblər.

Sitçinin bu nəzəriyyələri dövrün elm adamları tərəfindən tənqid olunsa da, günümüz arxeleoloqlarına ilham qaynağı olub və köhnə mədəniyyətlərə baxış bucağını dəyişdirib.

Sitçinin kitabları tarixi başqa bir gözlə aaraşdırmaq istəyənlər üçün ilham mənbəyinə çevrilib. O yazdığı əsərlərdə siyasətçilərin dünya tarixində gizlətdiyi sirləri faş edir və elə buna görə də elm aləmində qalmaqallara səbəb olurdu. Sitçinin araşdırmaları xristina, yəhudi və müsəlmanların dini kitablarında yaranışa dair bütün əfsanələrin Şumer mənbələrindən götürüldüyünü əsaslandırıb.

Soydaşımızın əsərləri hazırda qiymətli mənbə kimi istifadə olunur, kitabları ölümündən sonra da satış rekordları qırır.

Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-da vəfat edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook