SON XƏBƏR

"Bakinşaat Group” MMC hansı məmura məxsusdur?

Fevral 23
13:11 2016
Bəs məktəbin tikintisini aparan "Bakinşaat Group” MMC hansı məmura məxsusdur?
 
Fövqəladə Hallar Nazirliyinin düz qarşısında aparılan tikintidəki təhlükəsizlik qaydalarının pozulması nəticəsində 1 nəfər öldü, 1 nəfər isə ağır yaralandı…
 
Qeyd edək ki, Bakıda bir müddətdir sökülən 20 saylı məktəbin yerində müasir tələblərə uyğun 5 mərtəbədən ibarət məktəb-liseyin yeni binası inşa olunmaqdadır... Tikinti bir müddət idi ki, dayandırılmışdı...
 
Ötən bazar günü isə günün ikinci yarısında tikintidə bədbəxt hadisə baş verib və tikintidən aşağı düşən dəmir parçası 1 nəfərin ölümünə, 1 nəfərin ağır yaralanmasına səbəb olub. Hazırda prokurorluq hadisənin baş vermə səbəbləri ilə bağlı istintaq aparır... Maraqlı hal budur ki, qeyd olunan tikinti Fövqəladə Hallar Nazirliyinin binasının düz qarşısındadır. Yəni, tikintidə təhlükəsizliyə nəzarət etməli olan nazirliyinin bütün pəncərələrindən baxanda qeyd olunan tikinti meydançası əl içi kimi görünür. Bəs necə olub ki, iş həftəsinin bazar günü belə bir hadisə baş verib?
 
Tikintidəki fəhlələr sərxoş olub?
 
Elektron poçtumuza özünü başına dəmir parçası düşərək dünyasını dəyişmiş qadının qohumu kimi təqdim edən Arif adlı şəxs tərəfindən bir məlumat göndərilib.
 
Oxucu yazır ki, «…Biz hadisəni eşidən kimi dərhal hadisə yerinə yollandıq… Hətta qan izləri bu gün də (22.02.2016) piyadalar üçün nəzərdə tutulan yerdə qalmaqdadır. Burada ilkin məlumat almaq üçün hadisə yerini müşahidə etdik, artıq təcili yardım maşını meyiti aparmış, ağır yaralı digər qohumumuzu isə xəstəxanaya çatdırmışdılar. Qohumlardan biri dərhal tikinti aparılan ərazinin taxta qapısından içəri daxil oldu. Burada bir neçə fəhlə və usta, iş icraçısı kimi təqdim edilən şəxslər var idi… Ümumi mənzərədən belə anladıq ki, yuxarıda işləyən fəhlələr içkili olub. Bunu fəhlələrin davranışından da açıq hiss edirdik…Güman edirik ki, fəhlələr tikinti üçün ayaqaltı düzəltmək istəyirmişlər və səhlənkarlıqdan həmin işlər üçün qurulan pilləkanların dəmir parçası yerə düşüb, nəticədə ağır ölüm hadisəsi baş verib. Hətta bizə o da məlum oldu ki, həmin fəhlələrin heç əmək müqaviləsi belə olmayıb…» Təəssüflər olsun ki, məktəbin tikintisini aparan şirkətlə əlaqə yarada bilmədik deyə, bu və ya digər məlumatlara da aydınlıq gətirə bilmirik… Araşdırmamızsa davam edəcək…
 
"Bakinşaat Group” MMC hansı məmura məxsusdur?
 
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, 20 saylı bu məktəbin tikintisini "Bakinşaat Group” MMC dövlət sifarişi əsasında həyata keçirir. Dövlət sifarişçisi isə Təhsil Nazirliyidir. İnşaat şirkətinə dövlət lisenziyası 29 dekabr 2014-cü il tarixindən verilib. İlkin təməltökmə işlərinə isə ötən ilin dekabrın birində başlanılıb. 2016-cı ilin 1 dekabrında da plana uyğun olaraq təhvil verilməlidir. Layihəni "Bakinşaat Group” MMC-yə isə Bakı Dövlət Baş Layihə İnstitutu veib. Maraqlıdır ki, "Bakinşaat Group” MMC barədə müfəssəl məlumat almağa çalışsaq da, MMC-nin adının bəzi tenderlərin qalibi sırasında gördük, amma hüquqi ünvanı, MMC-nin rəhbərliyi haqqında heç bir məlumat tapa bilmədik…
 
Maraqlıdır ki, «Qaçqınkom»un bir neçə tenderinin, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yeni inzibati binasının, Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şəki şəhərində inşa olunmuş Gənclər Evinin və s. bahalı tikililərin həyata keçirilməsi üzrə tenderlərin qalibi olan şirkətin adicə bir saytı yoxdur ki, şirkət barədə nəsə bir bilgi əldə etmək mümkün olsun…Amma kiçik bir araşdırmamız kifayət etdi ki, "Bakinşaat Group” MMC Azərbaycanda tanınmış məmurlardan birinə məxsus olmasını üzə çaxaraq… Elə bu səbəbdən də adı çəkilən şirkət əsasən dövlət sifarişlərinə cəlb edilib. Bəs həmin məmur kimdir?
 
***
 
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, indiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb. Məlumatda qeyd olunur ki, bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. "Təzadlar" bildiririr ki, hazırda yeni məktəb-liseyin binasının layihəsində bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəb-liseyin tikinti işləri davam etdiriləcək. Hazırda 20 nömrəli məktəb-liseyin 2830 şagirdı paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər. 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biridir. Xalqxebertv
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook