Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 3 min 500 tankerlik neft ixrac edilib
Mart 30
18:30
2017
2006-cı ildən bu vaxtadək Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 3 min 500 tankerlik neft ixrac olunub.
Bunu BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib. O qeyd edib ki, həmin həcmin əsas hissəsini isə "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunan neft təşkil edib.