“Baku Bus” zərərlə çalışır: Hesabat açıqlandı
Oktyabr 23
10:46
2017
"Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib.
Qlobal.az-ın məlumatına görə, Report şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.
Son bir ildə "Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq, 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq, 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq, 18,049 mln. manata düşüb.
2016-cı ildə "Baku Bus”ın əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.
"Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlətin şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.
Xatırladaq ki, "Baku Bus” 2014-cü ildə yaradılıb. Dövlətə məxsus şirkət Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Qlobal.az