SON XƏBƏR

Baku Chess-2016: Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib

Sentyabr 05
08:25 2016
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib.
 
"Report" xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (IBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək.
 
Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan - Kuba, ABŞ - Çexiya, Çin - İtaliya, İngiltərə - Hollandiya, Yunanıstan - Fransa görüşləri də maraqla gözlənilir.
 
Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook