SON XƏBƏR

«Baku Steel Construction»un yeni rəhbərliyi dəyişir

May 18
11:16 2022
İyunun 29-u saat 11:00-da Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında Səhmdar Cəmiyyətin inzibati binasında "Baku Steel Construction" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, iclasda "Baku Steel Construction" ASC-nin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi; ASC-nin Direktorlar Şurasının (Müşahidə Şurasının) və müfəttişinin (təftiş komissiyasının) seçilməsi; "Baku Steel Construction" ASC-nin 2019-cu, 2020-ci və 2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi kimi məsələlərə müzakirə ediləcək.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook