"BakuBus" MMC 10 manatlıq şirkətə milyonluq tender verdi
Sentyabr 24
14:56
2020
"BakuBus" MMC ehtiyat hissələrin satınalınması tenderinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "AZ-Tex-Import" MMC olub.
"BakuBus" MMC İveco markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrin satınalınması "AZ-Tex-Import" MMC-yə 2 milyon 888 min 494 manat ödəyəcək.
Qeyd edək ki, "AZ-Tex-Import" MMC 19 iyul 2017-ci ildə 10 manat kapitalla yaradılıb. Şirkətin qanuni təmsilçisi Samir İbadullayev Sahib oğludur.

"AZ-TEX-IMPORT" MMC bu ilin fevralında BNA -nın "3 ədəd evakuatorun satın alınması" tenderini qazanmışdı və 294 min 900 manat məbləğində müqavilə bağlanmışdı.
Qlobal.az